...

Qubernator: "Azərbaycan və Rusiyanın Kurqan vilayəti neft kimyası sahəsində əməkdaşlıq edə bilər"

Energetika Materials 13 Aprel 2007 15:08 (UTC +04:00)
Qubernator: "Azərbaycan və Rusiyanın Kurqan vilayəti neft kimyası sahəsində əməkdaşlıq edə bilər"

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan və Rusiyanın Kurqan vilayətinin iş adamları arasında yeddi saziş əldə olunub. Cümə günü vilayət qubernatoru Oleq Boqomolovun bildirdiyinə görə, sazişlər çərçivəsində Azərbaycandan vilayətə kənd təsərrüfatı məhsulları (tərəvəz, meyvə, göyərti) çatdırılacaq.

"Biz sizdən məhsul almağa hazırıq. Həmçinin Azərbaycan tərəfi bizə gəlib istehsalla məşğul olmağa dəvət edirik. Biz bunun necə həyata keçirilməsi yolunu tapacayıq. Ümumilikdə maraqlarımız kifayət qədər çoxdur" - deyə qubernator bildirib.

Aprelin 12-də nümayəndə heyəti həmçinin Sumqayıtdakı müəssisələrdə olub və neft kimyası, boru istehsalı sahəsində əməkdaşlığa dair istəklər bildirilib. Qubernatorun sözlərinə görə, Kurqan vilayətinin məhsullarında keyfiyyətin və etibarlılığın bütün xarakteristikası var və rəqabətə davamlıdır. Vilayətin məhsulları, əsasən də körpü konstruksiyaları, armaturları Avropa bazarında təqdim olunub. Bu gün Rusiyada Kurqan avtobusları olduqca çox istehsal olunur.

"Düşünürəm ki, Azərbaycanda da bizim avtobuslar var. Belə ki, Kurqan avtomobil zavodu onları çoxdandır ki, istehsal edir. Biz yeni beynəlxalq avtobusların istehsalına başlamışıq. Ümumilikdə bu gün vilayətdə həmçinin təxminən hazır halda 5 min adda sənaye məhsulları istehsal olunur. Biz bütün mümkün yollarla məhsul çatdırılmasına hazırıq, belə ki, Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatını görürük. Ölkə neft ölkəsidir, dayaq armaturları, kimya avadanlıqları istehsal olunur" - deyə qubernator bildirib.

Azərbaycanda yol tikintisi, körpü keçidləri, yol qovşaqlarının inkişafı ilə əlaqədar avtoyollarda gərginliyin aradan qaldırılması üçün Kurqanın iş adamları tenderlərdə iştirak edə bilər. "Buna görə də biz kimə nəyi çatdırmağı bilməliyik. Müsabiqələrin nə vaxt keçiriləcəyini bilmək istəyirik ki, onlarda iştirak edə bilək. Biz normal bazar mexanizmləri şərtləri daxilində Azərbaycanda olacaq sifarişlər uğrunda mübarizə aparacayıq. Biz bu sahələr üzrə Azərbaycanda işləməyə hazırıq" - deyə qubernator yekun vurub.

Xəbər lenti

Xəbər lenti