...

"28 may" Neft-Qaz Çıxarma İdarəsi birinci rübdə istismara dörd yeni quyu verib

Energetika Materials 13 Aprel 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin "28 may" Neft-Qaz Çıxarma İdarəsi birinci rübdə 1 mln. 113 min tondan çox neft və 972,2 mln. kubmetr qaz çıxarıb. Bu barədə ARDNŞ-dən məlumat veriblər. Bu göstəricilər müvafiq olaraq proqnozları 0,7 və 0,3 faiz üstələyir.

Bu NQÇİ-nin əsas hasilatı, bütün ARDNŞ-də olduğu kimi, "Günəşli" yatağının hesabına olub.

Birinci rübdə NQÇİ üzrə müsbət nəşticələr vermiş 17 geoloji, 33 texniki tədbir keçirilib.

Birinci rüb ərzində istismara 3 yeni quyu verilib.

Xəbər lenti

Xəbər lenti