...

Bakı Dərin Özüllər Zavodunun tikinti istehsalı obyektləri Azərbaycan Dövlət Neft Şirkətinə qaytarılacaq

Energetika Materials 13 Aprel 2007 18:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu ilin sonuna qədər Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda layihə operatoru BP-nin sifarişi ilə "Azəri-Çıraq-Günəşli" yatağının geniş miqyaslı işlənməsi layihəsi çərçivəsində dayaq bloklarının və platformanın üst tikililərinin inşası başa çatdırılacaq. Hökumətdən verilən məlumata əsasən, bundan sonra tikinti meydançaları zavodun məxsus olduğu Azərbacyan Dövlət Neft Şirkətinin balansına qaytarılacaq.

Bu həftənin əvvəlində müəssisədən "Günəşli" yatağının dərinsulu hissəsində quraşdırılacaq platforma üçün dayaq bloku göndərilib. İlin sonuna qədər daha bir dayaq bloku və yatağın həmin yerində platforma üçün iki üst tikilinin tikintisi başa çatdırılacaq. Dayaq bloklarının tikintisi Bos Shelf şirkəti, üst tikililərin tikintisi isə McDermot tərəfindən həyata keçirilir.

"Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsi çərçivsəində ümumilikdə zavodda altı platforma tikilib: ikisi "Mərkəzi Azəri", hərəsi üçün biri "Qərbi" və "Şərqi Azəri" və ikisi "Günəşli"nin dərinsulu hisssəsi üçün.

İşlərin bərpasını 2009-cu ildən sonra gözləmək olar. Bununla yanaşı, bu işlər "Şahdəniz" qaz-kondensant yatağının işlənməsi layihəsinin reallaşdırılmasının ikinci mərhələsinə, həmçinin yeni layihələrə aid ola bilər.

Xəbər lenti

Xəbər lenti