...

Azərbaycan Dövlət Neft Şirkəti qazma işlərini 77,5 faiz artırıb

Energetika Materials 13 Aprel 2007 19:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycn Dövlət Neft Şirkətinin qazma işlərinin həcmi ötən illə müqayisədə 77,5 faiz artıb və 43 359 metr təşkil edib (2006-cı ilin birinci rübündə - 24 365 metr). Bu barədə ADNŞ-dən məlumat verilib. İlin əvvəlindən 23 quyu qazılıb və 26 quyuda işə başlanılıb.

Qazma işinin sürətinin artması əsasən "Bayıl Limanı" dəniz kəşfiyyat işləri qazma idarəsinin payına düşüb. Bu istiqamət üzrə işlərin həcmi 2,3 dəfə, qazma sürəti isə üç dəfə artıb. Bu idarə "Günəşli" yatağında üç quyu və "Neft Daşları" yatağında bir quyu qazıb. "Abşeron" qazma işləri idarəsi işlərin həcmini 3,7 dəfə, qazma sürətini isə 2,2 dəfə artırıb. Yeddi quyunun qazılması başa çatıb və 13 quyunun qazılması işinə başlanılıb.

"Neft Daşları" dəniz qazma işləri idarəsi işlərin həcmini 22,4 dəfə, sürəti isə 1,5 dəfə artırıb. İdarə tərəfindən üç quyu qazılıb və daha üç quyunun qazılmasına başlanılıb.

Xəbər lenti

Xəbər lenti