...

BP-Azərbaycan-ın eks–prezidenti iri energetika şirkətinin direktorlar şurasının üzvü təyin olunub

Energetika Materials 16 Aprel 2007 18:21 (UTC +04:00)
BP-Azərbaycan-ın eks–prezidenti iri energetika şirkətinin direktorlar şurasının üzvü təyin olunub

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ John Wood Group PLC BP-Azərbaycan-ın keçmiş prezidenti Devid Vudvordun şirkətin direktorlar şurasının üzvü təyin olunduğunu elan edib. Bu barədə John Wood Group-un məlumatında göstərilib.

Vudvord BP-də 36 illik iş təcrübəsinə malikdir. BP-Azərbaycan-a prezident təyin olunana qədər o, Moskva, Alyaska, Əbu-Dabi və s.-də rəhbər vəzifələrdə çalışıb.

John Wood Group-un sədri Yan Vud söyləyib ki, Vudvordun direktorlar şurasının üzvü təyin olunması şirkətin inkişafına yardım edəcək.

Vudvord bildirib ki, "Mən John Wood Group şirkəti ilə uzun illərdir ki, tanışam və onun inkişafına yardım etməyə hazıram".

John Wood Group illik satışı 3,5 mlrd. dollar olan beynəlxalq enerji xidməti şirkətidir. Şirkətin işçi heyəti 20 min nəfər təşkil edir və 44 olkədə ofisləri mövcuddur. Üç növ bizneslə məşğuldur: mühəndis və istehsal obyektləri, quyuların təminatı və qaz turbinlərinə xidmət.

Xəbər lenti

Xəbər lenti