...

Xüsusi iqtisadi zonanın yaradılması ilə Aktau limanından yükdaşıma artacaq

Energetika Materials 17 Aprel 2007 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Aktau dəniz limanının buraxılış qabiliyyətinin genişləndirilməsi 20 mln ton neft və neft məhsulu və 3 mln. tondan çox quru yükün daşınmasına imkan verəcək. Bu barədə Bakıda çərşənbə axşamı Aktau beynəlxalq dəniz limanının korporativ inkişafı üzrə direktor müavini Dauren Kutpanbayev bildirib.

Bu üçillik layihənin qiyməti 300 mln. dollar dəyərində qiymətləndirilir və və yükboşaltma və yükləmənin göstərilmiş həcmə qədər artırlması 2009 cu ilə qədər mümkündür.

Hazırda limanın illik ötürmə qabiliyyəti 11 mln. ton neft və neft məhsulu təşkil edir.

Kutpanbayevin fikrincə, illik artım 15 faiz təşkil edir. Azərbaycanla əməkdaşlıq TRACECA lahyihəsi və İnoqeyt vasitəsilə mümkündür. Yükün Bakı-Tiflis-Ceyhan marşrutu ilə ilkin mərhələdə daşınması orta hesabla 2 mln. ton gözlənilir.

Aktau limanında xüsusi iqtisadi zonanın yaradılması çərçivəsində 2025-ci ilə qədər Aktau limanından yükaxını proqnozları qiymətləndirilib:

2009 q. 2010 q. 2015 q. 2020 q. 2025 q.
İxrac, min ton 500 590 680 770 850
Eksport mln. ton 10 12 15 20 25
Tranzit min.ton 600 1750 3360 4200 4725
Xəbər lenti

Xəbər lenti