...

Azərbaycan və Qazaxıstan dənizdəki servis xidmətləri üzrə birgə müəssisə yaradacaq

Energetika Materials 18 Aprel 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ "Kazmunayqaz" Səhmdar Cəmiyyətinə məxsus "Teniz-Servis" dənizdəki əməliyyatlarla bağlı servis xidmətləri üzrə Azərbaycan-Qazaxıstan birgə myəssisəsi yaratmağı təklif edib. Bu barədə Bakıda Qazaxıstanın Manqistauz vilayətinin qubernatoru Krımbek Kuşerbayev məlumat verib. Onun sözlərinə görə, servis xidmətləri üzrə Azərbaycan-Qazaxıstan birgə müəssisəsinin yaradılması ilə bağlı saziş mayda imzalanacaq. Bununla belə, qazaxıstanlı qubernator bu müqavilədə hansı Azərbaycan şirkətinin iştirak edəcəyini deməyib. "Azərbaycanlı həmkarlarımızın bu sahədə yaxşı təcrübəsi var" - deyə o bildirib.

Hazırda Azərbaycanda fəaliyyət göstərən servis şirkətləri öz xidmətlərini təklif edir və "Kaşaqan" yatağı üçün bəzi avadanlıqları Qazaxıstana çatdırır.

"Azərbaycan şirkətlərinin digər layihələrdə də iştirakına ehtiyac var. Belə ki, Qazaxıstanda neft hasilatı üçün infrastrukturun yaradılması planlaşdırılır" - deyən Kuşerbayev müvafiq işlər üçün 80 milyon dollar vəsaitin tələb olunduğunu diqqətə çatdırıb.

Kuşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin qazma quruğularının lizinqlə satışı və istehsalı ilə bağlı birgə müəssisənin yaradılmasına dair təkliflərini də Azərbaycan hökumətinə çatdırıb. Birgə müəssisənin yaradılması Aktau limanında yaradılan xüsusi iqtisadi zonanın ərazisində planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti