...

Bakı–Supsa kəməri üçün bəndləmə sahəsi tikilə bilər

Energetika Materials 19 Aprel 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bakı-Supsa kəmərinin operatoru Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Gürcüstanın bu kəmərin keçdiyi Zestafoni rayonunda torpağın sürüşməsinə dair monitorinq aparıb. Cümə axşamı "BP Azerbaijan" şirkətindən bildirilib ki, monitorinq nəticəsində torpaqda azacıq sürüşmələr qeydə alınıb ki, bu da kəmərin keçdiyi bu ərazidə bəndləmə sahəsinin tikilməsinə gətirib çıxara bilər.

"Hazırda bu məsələyə baxılır. Bəndləmə sahəsi 800-1000 metr uzunluğunda uzadıla bilər" - deyə şirkətdən bildiriblər. İşlərin görülməsində məqsəd bu boru nəqliyyatının təhlükəsizliyinin təmin edilməsidir.

Çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin qeyd etdiyi kimi, ilin sonuna qədər kəmərlə neft ixracı bərpa oluna bilər

Bakı-Supsa kəmərinin işi ötən ilin sentyabrında dayandırılıb.

Xəbər lenti

Xəbər lenti