...

ARDNŞ Ceyhandan böyük neft partiyası satıb

Energetika Materials 20 Aprel 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azeri Light markalı neftin Türkiyənin Ceyhan limanından göndərilməsi ilə bağlı tenderi qapalı elan edib. ARDNŞ-dən verilən məlumata görə, tenderin qalibi Böyük Britaniyanın treyderi Arcadia Petroleum Limited olub. Partiyanın həcmi 2 milyon barel (270 min ton) təşkil edəcək. BTC ilə Ceyhana çatdırılan bu neftin buradan yüklənib göndərilməsi mayın üçüncü dekadasına planlaşdırılır.

2007-ci ildə Ceyhandan ARDNŞ-in neftini aşağıdakı şirkətlər əldə edib:

Glencore Energy UK Ltd - yanvar (1 mln. barel);

VİLMA OİL S.L - yanvar - fevral (1 mln. barel);

Select Energy GmbH - fevral (600 min. barel);

Select Energy GmbH - fevral-mart (1 mln. barel);

Glencore Energy UK Ltd - mart (1 mln. barel);

Addax BV- mart (1 mln. barel);

Sumato Energy Group Ltd - aprel (1 mln. barel);

Select Energy GmbH - aprel (1 mln. barel);

Arcadia Petroleum Limited - may (2 mln. barel).

Xəbər lenti

Xəbər lenti