...

"Şahdəniz" yatağındakı quyuda yan sütunun kəsimi həyata keçirilir

Energetika Materials 20 Aprel 2007 18:50 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/"Şahdəniz" qaz kondensat yatağında qazılmış SDX-04 quyusunda yan sütunun kəsimi həyata keçirilir. Bu barədə BP Azerbaijan şirkətindən məlumat verilib. Qazma "İstiqlal" platformasından həyata keçirilir.

Quyunun dərinliyi təxminən 7350 metr təşkil edir. Yan sütunun qazılması 4300- 4500 metr dərinlikdə həyata keçirilir. Onun uzunluğu 2000 metr təşkil edəcək. Bu quyunun qazılması üçün təxminən 3 ay lazımdır.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, yan sütunun kəsimi yeni quyu qazmadan yataqdan əlavə məlumatın alınmasına imkan verəcək.

"Şahdəniz" layihəsində hasilatın işçi bölüşdürülməsi barədə Sazişin iştirakçıları BP (operator - 25,5 faiz), Statoil (25,5 faiz), Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ - 10 faiz), LUKAgip (10 faiz), NICO (10 faiz), Total (10 faiz), və TPAO (9 faiz).

Xəbər lenti

Xəbər lenti