...

Bakıda birinci Xəzər ticarət-nəqliyyat konfransı keçiriləcək

Energetika Materials 21 Aprel 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / Aprelin 23-də Bakıda birinci Xəzər ticarət-nəqliyyat konfransı öz işinə başlayacaq. Konfransın təşkilatçıları Böyük Britaniyanın "Confidence Energy Ltd. Konsaltinq" şirkəti və Azərbaycanın Dövlət Neft Akademiyasıdır. Konfransın rəsmi sponsoru isə "Cross Caspian Oil

Konfrans enerji daşıyıcılarının nəqli məsələlərinə, habelə MDB, Avropa, Yaxın Şərqdən olan maraqlı tərəfdaşların Xəzər regionu ölkələri ilə əməkdaşlığının genişləndirilməsinə həsr olunub. Konfrans zamanı iştirakçılar Xəzərin enerji bazarının və yeni ixrac istiqamətlərinin perspektivləri və imkanlarını müzakirə edəcəklər.

Konfransda çıxış edənlər arasında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Qazaxıstanın Energetika və Təbii Resurslar Nazirliyinin "Neft və qaz sənayesinin baş dispetçer idarəsi" Səhmdar Cəmiyyətinin prezidenti Kayrat Kaypiyev, Azərbaycanın Nəqliyyat Nazirliyinin elmi-texniki siyasət və nəqliyyatın inkişafı şöbəsinin rəhbəri Elnur Ömərov, habelə ARDNŞ, "Botaş", "bp" və digər iri şirkətlərin nümayəndələri olacaq.

Konfransın üçüncü günündə Dəyirmi masa çərçivəsində "Xəzər: perspektivlər və imkanlar" mövzusunda əlavə iclas keçiriləcək. Burada iştirakçılar istehsalçıların, neft emalçılarının, treyderlərin və Xəzər regionunun nəqliyyat şirkətlərinin perspektiv planları və mövcud tələbatları ilə tanış olmaq imkanı qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti