...

Azərbaycanda yeni neft terminalı 2011-ci ilə qədər tikiləcək

Energetika Materials 23 Aprel 2007 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Cross Caspian şirkəti hazırda Azərbaycan və Gürcüstan ərazisindən ay ərzində 1,2 mln. ton neft və neft məhsulları nəql etmək imkanına malikdir. Bu barədə bazar ertəsi şirkətin baş direktoru Nailə Mehrabova məlumat verib.

Cross Caspian dəniz terminalları, boru kəmərləri və dəmir yolundan sitifadə etməklə Xəzər dənizindən Aralıq dənizinə qədər nəqliyyat xidmətləri göstərir.

Onun sözlərinə görə, investisiya layihələri həyata keçrildikdən sonra Cross Caspian şirkətinin aylıq neft və neft məhsulları daşımaları 1,6 mln. tona qədər arta bilər.

Hazırda Xəzər sahilində Azərbaycanda aşağıdakı terminallar fəaliyyət göstərir:

- Bakı terminalı (saxlama həcmi 100 min kubmetr, dəmir yolunda yükləmə gücü illik 5 mln. ton, limanda yükləmə gücü illik 5 mln. ton)

- Səngəçal terminalı (saxlama həcmi 320 min kubmetr, dəmir yolunda yükləmə gücü illik 8,5 mln. ton, limanda yükləmə gücü illik 6 mln. ton, BTC boru kəmərinə birləşmə və kəmər vasitəsilə illik 9 mln. ton nəql etmək imkanı)

- Dübəndi terminalı (saxlama həcmi 340 min kubmetr, dəmir yolunda yükləmə gücü illik 10 mln. ton, limanda yükləmə gücü illik 10 mln. ton).

2011-ci ilə qədər isə BP şirkətinin Səngəçal terminalının 4 kilometrliyində, Azərbaycanın Qaradağ rayonunda terminal tikintisinin sona çatdırılması planlaşdırılır. Bu terminalın saxlama həcmi ilkin mərhələdə 200 min kubmetr, genişləndirilmə imkanı 600 min kubmetr, dəmir yolunda yükləmə gücü illik 25 mln. ton, limanda yükləmə illik 50 mln. ton təşkil edəcək. Terminalın BTC kəmərinə birləşmə və kəmər vasitəsilə illik 30 mln. tona qədər neft nəql etmək imkanı olacaq.

Qaradağ rayonundakı terminalın yan siqnal üzgəci olacaq və 60 min tona qədər dedveytli tankerləri qəbul etmək imkanı olacaq.

Xəbər lenti

Xəbər lenti