...

Gürcü və rus ekspertləri Şimal – Cənub qaz kəmərini bərpa edir

Energetika Materials 24 Aprel 2007 21:11 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Şimal-Cənub qaz kəmərinin reabilitasiya olunacaq hissələrini müəyyən etmək məqsədilə Neft və qaz korporasiyalarının nümayəndələri Kazbekə gedəcək. Bu barədə Gürcüstanın Neft və qaz korporasiyasından məlumat verilib.

Gürcü ekspertləri mayın 25-26-da xarici mütəxəsisslərlə kəmərin ilk növbədə reabilitasiya olunacaq hissələrinə baxış keçiriləcək. Bu qaz kəməri Rusiyadan Gürcüstana və tranzit olaraq Ermənistana qaz tədarükünü təmin edir.

Artıq qərara alınıb ki, layihənin ikinci mərhələsində 7 kran və 6,5 km uzunluğunda karroziyaya uğramış hissə dəyişdiriləcək. İşlərin maliyyələşdirilməsini "Minilliyə çağırış - Gürcüstan" fondu öz üzərinə götürüb.

Qaz kəmərinin cəmi 6 hissəsinin reabilitasiya olunması planlaşdırılıb.

Bu kəmər vasitəsi ilə Gürcüstan Rusiyadan sutka ərzində 2,8 mln. kubmetr, Ermənistan isə 3 mlrd. kubmetr qaz alır.

Xəbər lenti

Xəbər lenti