...

Azərbaycan hökuməti yanacaq-energetika balansının yeni üsulla tərtib olunmasını planlaşdırır

Energetika Materials 26 Aprel 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbayacan hökuməti yanacaq- energetika balansının tərtib olunma üsulunu dəyişməyi planlaşdırır. Bu barədə mətbuat konfransında cümə axşamı Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

"Hazırda daha detallı və beynəlxalq standartlara cavab verən balans hazırlamaq nəzərdə tutulur" - deyə Vəliyev bildirib.

İndi balansda enerji daşıyıcılarının istehsal və hasilat göstəriciləri göstərilir, amma onların istifadəsi ilə bağlı məlumatlar daxil edilmir.

"İstifadə ilə bağlı indiyə qədər çox suallar olurdu. Belə ki, sayğacların olmaması elektrik və qaza görə təlabatı dəqiq hesablamağa imkan vermirdi. Müəyyən araşdırmalardan sonra biz təlabatın sonrakı həcmini müəyyən etməyi planlaşdırırıq" - deyə Komitə sədri bildirib.

Balansın tərtib olunması zamanı istilik keçirmə xassəsini müəyyən etmək üçün hələ də sovet dövründən kömür əsasında tətbiq olunan çevirmə əmsalından istifadə edilir.

"Biz Elmlər Akademiyasından yeni çevirmə əmsalı hazırlamağı xahiş etmişik. Milli çevirmə əmsalı çox vacibdi, belə ki, bu gün rus və Bakı neftinin istilik keçirmə əmsalı fərqlidir. Azərbaycan nefti və qazı daha çox istilik keçirmə qabiliyyətinə malikdir" - deyə Vəliyev hesab edir.

Bu əmsal əsasında ağacdan kömürə qədər istilik vermə qabiliyyəti müəyyən olunacaq ki, bu da balansda göstəriləcək.

Yeni üsulla yanacaq- energetika balansının tərtibi 2007-ci ilin nəticələrinə görə də mümkündür.

Xəbər lenti

Xəbər lenti