...

Neftin Bakı-Novorossiysk boru kəməri ilə göndərilməsi layhəsində dəyişikliklər edilə bilər

Energetika Materials 26 Aprel 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bir sıra hüquqi məhdudiyyətlər Qazaxıstan neftinin Bakı-Novorossiysk kəməri vasitəsilə nəql olunmasına mane olur. Bu kəmərlə neft ixrac edən Azərbaycan Dövlət Neft Şirkəti nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfi ilə mövcud olan razılaşmaya əsasən, bu kəmər vaksitəsilə yalnız Azərbaycan nefti ixrac oluna bilər. Bakı-Novorossiysk kəməri ilə neft göndərilməsinə dair saziş Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və rRsiyanın "Transneft" şirkəti arasında bağlanılıb. ABƏŞ kəmər üzrə operator hesab olunur və "Azəri-Çıraq-Günəşli" yatağından neft çıxarır.

"Vəziyyətdən çıxmaq üçün bir neçə variant nəzərdən keçirilə bilər, bu sırada əvəzetmə formasında nəql də ola bilər. Məsələn, neft Azərbaycan tərəfdən alınıb emala verilir, ölkənin ümumi enerji balansını pozmamaq üçün isə həmin həcmdə neft ixraca istiqamətləndirilir", - deyə ARDNŞ nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Bakı-Novorossiysk kəməri ilə Qazaxıstan neftini ixtrac etmək üçün tədarükçülər və "Transneft"lə danışıqlara başlamaq lazımdır.

Bu ilin sonunda isə ABƏŞ və "Transneft" arasında sazişin müddəti də bitir.

ARDNŞ nümayəndəsi söyləyib ki: "Əgər ABƏŞ sazişin uzadılmasından imhtina edərsə, bu, saziş "Transneft" və ARDNŞ arasında imzalana bilər və bu halda dəyişikliklər də edilə bilər".

Bu gün Qazaxıstan neftinin bu kəmərlə ixrac olunması üçün Azərbaycan səlahiyyətində olan bütün imkanlardan istifadə etməyə çalışır.

"Boru kəməri, neftin qəbulu üçün infrastruktur və saxlanılması üçün yer də var", - deyə o bildirib.

ABƏŞ-dən bildiriblər ki, kəmər vasitəsilə yanvar-mart aylarında 2006-cı ilin birinci rübündə olan 993,3 min ton neftə qarşılıq 696,8 min ton neft göndərilib.

Xəbər lenti

Xəbər lenti