...

Eks-prezident: "Rumıniya Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"

Energetika Materials 27 Aprel 2007 12:53 (UTC +04:00)
Eks-prezident: "Rumıniya Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Cənubi Qafqaz qaz kəməri Balkan, Avstriya və Rumıniyadan keçməklə Avropaya qədər uzadıla bilər, ölkə Azərbaycanla bu layihədə əməkdaşlıqda maraqlıdır. Bu fikirləri cümə günü Rumıniyanın esk-prezidenti İon İliyesku bəyan edib. Onun sözlərinə görə, məsələ hələ Azərbaycanın eks-prezidenti Heydər Əliyevlə müzakirə edilib. Həmin vaxt dövlət başçısı İstanbulda regional əməkdaşlıq üzrə öz təşəbbüslərini təqdim etmiş və Avropa ölkələrini layihəyə qoşulmağa dəvət etmişdi.

İliyeskunun sözlərinə görə, Azərbaycan enerji resursları ilə zəngindir, iki energetika mərkəzlərinin qovşağında yerləşib və Azərbaycan qazının Avropaya çatdırılması üçün yeni trassanın tikilməsi məntiqli olardı.

"Rumıniyanın bu layihəyə böyük marağı var, lakin bizim maliyyə imkanlarımız çox azdır" - deyə eks-prezident bildirib.

İliyesku Bakıya "Dözümlülük və qarşılıqlı anlaşmada KİV-in rolu" konfransında iştirak etmək üçün gəlib.

Hazırda Cənubi Qafqaz qaz kəməri vasitəsilə Azərbaycan qazı Gürcüstana çatdırılır. Yanacaq "Şahdəniz" yatağında hasil olunur. Bu il bu boru kəməri vasitəsilə Türkiyəyə ilk qaz həcminin çatdırılmasına başlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti