...

Azərbaycan və Rusiya elektrik enerjisinin mübadiləsi ilə bağlı razılaşma əldə ediblər

Energetika Materials 28 Aprel 2007 11:49 (UTC +04:00)
Azərbaycan və Rusiya elektrik enerjisinin mübadiləsi ilə bağlı razılaşma əldə ediblər

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan və Rusiya elektrik enerjisinin mübadiləsinin bərpası ilə bağlı anlaşma əldə ediblər. "Azərenerji" Səhmdar Cəmiyyətinin baş mühəndisi Saleh Məmmədovun şənbə günü verdiyi məlumata görə, yeni müqavilə üzrə iş mayın 1-dən sonra başlayacaq.

Onun sözlərinə görə, Azərbaycana Rusiyadan elektrik enerjisi daha əlverişli şərtlərə idxal olunacaq.

Əvvələr "Azərenerji" nümayəndələri idxal olunan enerjinin qiymətini 3,4 sentədək (1 kVt/s) endirməyi təklif edirdi.

"Azərenerji"də yeni müqavilədə göstərilən qiymət barədə məlumat verməyiblər. Lakin eyni zamanda qeyd ediblər ki, idxal daha "yumşaq şərtlər" əsasında gerçəkləşdiriləcək. Həmçinin məlum olub ki, idxal olunan enerjinin həcmi azalacaq. Çünki yay mövsümündə Azərbaycanda eletkrik enerjisinin istehlakı azalır.

Aprelin əvvəlindən etibarən Rusiyadan Azərbaycana enerjinin idxalı dayandırılıb. Hazırda iki ölkə arasında enerji mübadiləsi sıfır səviyyəsində davam etdirilir. Yəni Rusiyadan idxal olunan enerji eyni miqdarda geri qaytarılır.

Əvvəlki razılaşma 2007-ci ilin sonunadək nəzərdə tutulsa da, tariflər yalnız birinci rüb üçün qəbul olunmuşdu. Birinci rübdə Rusiyadan Azərbaycana enerjinin idxalı 2006-cı ildə tətbiq olunan qiymətlə (1 kVt/s üçün 3,636 sent ) gerçəkləşdirilib. Azərbaycandan Rusiyaya ixrac olunun enerjinin qiyməti isə 1,58 sentdən (1 kVt/s) 1,8 sentədək artırılıb.

Xəbər lenti

Xəbər lenti