...

Amerada Hess (Khazar) Limited-in Azərbaycan nümayəndəliyi bağlanır

Energetika Materials 2 May 2007 12:40 (UTC +04:00)
Amerada Hess (Khazar) Limited-in Azərbaycan nümayəndəliyi bağlanır

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Amerada Hess (Khazar) Limited Azərbaycandakı nümayəndəliyinin bağlanmasını bəyan edib. Bütün iradlar iki ay ərzində qəbul olunacaq.

Şirkətdən bildiriblər ki, Hess ACG Limited öz fəaliyyətini davam etdirir.

Hess ACG Limited şirkəti Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağınının işlənməsi layihəsində 2,7 faizlik paya malikdir.

Qeyd edək ki, sözügedən layihədə bu şirkətlər iştirak edir: bp (operator - 34,1 faiz), Chevron (10,2 faiz), ARDNŞ (10 faiz), INPEX (10 faiz), Statoil (8,6 faiz), ExxonMobil (8 faiz), TPAO (6,8 faiz), Devon (5,6 faiz), ITOCHU (3,9 faiz).

Hess ACG Limited şirkəti həmçinin BTC boru kəməri layihəsinin səhmdarı rolunda çıxış edir. Şirkətin buradakı iştirakının payı 2,36 faizdir. BTC layihəsində həmçinin bu şirkətlər təmsil olunur: bp (30,1 faiz); AzBTC (25,00 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); TPAO (6,53 faiz); ENI (5,00 faiz); Total (5,00 faiz), Itochu (3,40 faiz); INPEX (2,50 faiz), ConocoPhillips (2,50 faiz).

Xəbər lenti

Xəbər lenti