...

"Devon Energy" şirkəti "Azəri-Çıraq-Günəşli" layihəsində iştirakı üçün vəsaitlərin ödənilməsini başa çatdırıb

Energetika Materials 2 May 2007 18:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Amerikanın "Devon Energy" şirkəti Azərbaycanın "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsində iştirakı müddətində ilk dəfə 2007-ci ilin birinci rübündə şirkət üçün nəzərdə tutulmuş neft həcmini bütünlüklə əldə edib.

Çərşənbə günü "Devon Energy" şirkətinin yaydığı məlumatında bildirilib ki, şirkətin "Azəri-Çıraq-Günəşli"də iştirakını əvvəl investisiya edən digər şirkətin vəsaitlərinin ödənilməsini şirkət başa çatdırıb.

Beləliklə, birinci rübdə "Devon Energy" şirkəti onun üçün ayrılmış bütöv neft həcmini əldə etməyə nail olub. Əvvəl şirkət vəsaitləri kompensasiya kimi "Azəri-Çıraq-Günəşli"dən əldə etdiyi neft həcmləri ilə ödəyirdi.

"Devon" şirkətinin məlumatında bildirilib ki, birinci rübdə şirkətin "Azəri-Çıraq-Günəşli"də yüngül neftin orta hasilatı sutkada 35 min bareli üstələyib.

Ümumilikdə şirkətin dünya üzrə iştirak etdiyi bütün layihələr üzrə hasilatı birinci rübdə orta hesabla sutkada 588 min barel neft ekvivalenti təşkil edib.

"Hasilatın artımı ABŞ və Azərbaycandakı layihələrin hesabına baş verib" - deyə məlumatda qeyd olunub.

"Devon" 5,6 faiz payı olan "Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçısıdır. "Azəri-Çıraq-Günəşli" layihəsində sazişin iştirakçıları aşağıdakılardır: "BP" (operator - 34,1 faiz), "Chevron" (10,2 faiz), "ADNŞ" (10 faiz), "INPEX" (10 faiz), "Statoil" (8,6 faiz), "ExxonMobil" (8 faiz), "TPAO" (6,8 faiz), "ITOCHU" (3,9 faiz) və "Hess" (2,7 faiz).

"Devon" şirkəti "Azəri-Çıraq-Günəşli"dən neftini dəmir yolu vasitəsilə Gürcüstanın Batumi Qara dəniz limanı istiqamətində ixrac edir.

Xəbər lenti

Xəbər lenti