...

ARDNŞ-lə "Palmali" neft nəqlinə dair müqavilə imzalayıblar

Energetika Materials 3 May 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Palmali" şirkətlər qrupu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhan limanına ötürülən neftin (ARDNŞ-ə məxsus neft nəzərdə tutulur) buradan daşınmasına dair müqavilə imzalayıblar. Bu barədə "Palmali" şirkətinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

10 illik müqaviləyə ARDNŞ tərəfindən Rövnəq Abdullayev, "Palmali" tərəfindən isə şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov imza atıb.Məlumat üçün bildirək ki, "Palmali" yük daşımaları sahəsində Aralıq, Xəzər və Qara dənizdə fəaliyyət göstərir. Şirkət həmçinin Rusiyanın daxili sularında yük daşımaları sahəsində lider mövqelərdə durur. "Palmali"nin 120 gəmisi var.

"Palmali" əsasən neft məhsullarının (benzin, yanacaq, ağ neft) daşınması ilə, lakin eyni zamanda quru yüklərin daşınması ilə də məşğul olur.

Xəbər lenti

Xəbər lenti