...

Xarici şirkətlər Azərbaycanda özəl elektrik stansiyaları tikmək arzusundadır

Energetika Materials 7 May 2007 16:06 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ABŞ, İsveçrə, Yaponiya, Böyük Britaniyanın 10-dan çox şirkəti Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə ölkədə özəl elektrik stansiyalarının (Independent Power Plant) tikintisində iştirakla bağlı niyyətlərini bildirib. Bu barədə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyinin baş məsləhətçisi Kərim Ramazanov bildirib.

"Bu, Azərbaycanda əlverişli investisiya şəraitindən xəbər verir. Biz istehlakçılar kimi tariflərin normal olması və bunun ölkə üçün yük olmamasında maraqlıyıq. Ən əsası effektiv və etibarlı elektrik təminatı əldə etməkdir", deyə Ramazanov bildirib.

Bu layihələrin investisiya həcmlərinə baxmayaraq, hökumət özəl elektrik stansiyalardan elektrik enerjisini ölkə daxilində dövlət tərəfindən müəyyən olunmuş tariflər əsasında almaq niyyətindədir. "İnvestora nə qədər gəlir qalması onun problemi olacaq. Tarfilər yüksək yox, aşağı ola bilər", deyə məsləhətçi hesab edir.

Onun fikrincə, energetika sahəsinin liberallaşdırılmasında əsas məqsəd rəqabət nəticəsində tariflərin aşağı salınmasıdır. Bu, öz növbəsində elektrik enerjisi ilə əlaqədar olan bütün məhsullara olan qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq.

Azərbaycanda ümumi gücü 1000 MVt-dək olan iki özəl elektrik stansiyasının tikintisi planlaşdırılır. Qarşılıqlı anlaşma haqqında ilk memorandum artıq Koreyanın KEPKO və STX şirkətləri ilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti