...

Azərbaycan yanvar-aprel aylarında Azeri Light neftinin ixracını 4 mln. ton artırıb

Energetika Materials 8 May 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azəri-Çıraq-Günəşli" dəniz blokunu istismar edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) aprel-may aylarında müxtəlif istiqamətlərdə 9,38 mln. ton Azeri Light markalı neft ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3,9 mln. ton çoxdur.

Apreldə şirkət Bakı-Novorossiysk marşrutu və dəmir yolu ilə Batumi limanınadak neftin ixracını tamamilə dayanıdrıb. Buna baxmayaraq, dəmir yolu vasitəsilə Batumiyədək nefti ABŞ-ın "ExxonMobil" və "Devon" şirkətləri daşımaqda davam edirlər.

Çərşənbə axşamı ABƏŞ-dən bildiriblər ki, yanvar - aprel aylarında təmir işlərinin aparılması səbəbi ilə Baku-Supsa (qərb marşrutu) xətti ilə neft nəql edilməyib. Ötən ilin müvafiq dövründə bu marşrutla 2,333 mln. ton neft ötürülüb.

Bakı-Novorossiysk (şimal marşrutu) kəməri ilə yanvar-aprel aylarında 696,8 min ton neft daşınıb. Müvafiq olaraq ötən ilin analoji dövr göstəricisi 1,334 mln. ton olub.

Dəmir yolu ilə Batumi limanınadək yanvar-aprel aylarında 749,125 mln. ton neft nəql olunub. 2006-cı ilin analoji dövründə bu göstərici 1,839 mln. ton təşkil edib.

Müvafiq müddət ərzində Bakı-Tbilisi-Ceyhan xətti ilə 7 mln. 935 min ton neft daşınıb.

Apreldə Baku-Supsa kəmərində aparılan təmir işlərinə görə bu xəttlə neft nəql olunmayıb. 2006-cı ilin aprelində bu marşrutla 604,358 min ton Azeri Light markalı neft ötürülüb.

Bakı-Novorossiysk və Batumi limanınadək ABƏŞ tərəfindən apreldə neftin ixracı dayandırılıb ("ExxonMobil" və "Devon" istisna olmaqla ). 2006-cı ilin aprelində bu istiqamətlər üzrə müvafiq olaraq 340,810 min və 524,293 min ton neft daşınıb.

Bakı-Tbilisi-Ceyhan boru xətti ilə bu ilin aprelində 2 mln. 144 min ton neft nəql olunub. Bu marşrutla neftin ixracına 2006-cı ilin iyununda başlanılıb.

Xəbər lenti

Xəbər lenti