...

Nazir: Azərbaycanda atom elektrik stansiyalarının tikintisi imkanı 10-15 ildən sonra müzakirə oluna bilər

Energetika Materials 9 May 2007 15:24 (UTC +04:00)
Nazir: Azərbaycanda atom elektrik stansiyalarının tikintisi imkanı 10-15 ildən sonra müzakirə oluna bilər

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanda alternativ enerji mənbəyi kimi Atom elektrik stansiyaların tikintisi ilə bağlı elmi araşdırmaların başlamasını hələ ki qeyri real hesab etmək olar.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun çərşənbə günü bildiridiyinə görə, Azərbaycanada Atom elektrik stansiyalarının tikintisi imkanlarına 10-15 ildən sonra baxmaq olar.

"Azərbaycanda yüksək texnologiyalar inkişaf etdikdən sonra istənilən an bu məsələyə baxıla bilər, amma hazırda bu istiqamətdə heç bir sənəd müzakirə olunmur. Hətta Seula səfəri zamanı Azərbaycan prezidenti də ölkədə ənənəvi üsulla istehsal olunan təmiz elektrik enerjisinin böyük ehtiyyatlarının olduğunu xatırlatmışdı",-deyə Bağırov bildirib.

İqtisadi İnkişaf Nazirliyində də bu məsələ müzakirə olunmayıb.

İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, bu məsələ ilə bağlı qərarlar daha yüksək səviyədə həll olunur və təsərrüfat subyektlərinin işi deyil. "Maliyyə cəhətdən Atom stansiyasının tikintisi ölkə üçün çox bahalı layihədir, amma digər tərəfdən ölkənin ekoloji təhlükəsizlik məsələsi də var",-deyə Bağırov söyləyib. Nazir günəş və külək enerjisindən istifadə ilə bağlı təcrübədən istifadədən sonra bu istiqamətdə olan təkliflərin öyrənilməsini istisna etməyib. Avropa ölkələrində, xüsusilə İtaliyada Atom stansiyasının tikilməsi qanunla qadağan edilib, Amma elə ölkələr də var ki,burada elektrik enerjisinin 70 faizi Atom stansiyalarında istehsal olunur.

Xəbər lenti

Xəbər lenti