...

Qazaxıstan bu il ərzində Azərbaycanla BTC layihəsi çərçivəsində nəqliyyat razılaşmasının imzalanmasını istisna etmir

Energetika Materials 15 May 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan və Qazaxıstan arasında Bakı-Tiflis-Ceyhan kəməri üzrə neftin birgə nəqli barədə razılaşmanın hazırlanmsı ilin sonuna qədər başa çatdırıla bilər. Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andar Şukrutovun verdiyi məlumata görə, hazırda bu istiqamətdə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Kazmunayqaz" QSC arasında danışıqlar aparılır.

"Qrafikdən heç bir kənara çıxma müşahidə olunmur",-deyə səfir bildirib.

Qazaxıstanın "Kaşaqan" yatağının işlənməsində iştirak edən bir sıra xarici şirkətlər Bakı-Tiflis-Ceyhan layihəsinin investorlardır, artıq onlar neftin BTC ilə tədarükü barədə müqavilə imzalayıblar. Bu yataqdan neft hasilatı 2010-cu ildən sonra başlayacaq.

"Hökumətlərarası ən böyük razılaşma artıq imzalanıb və Qazaxıstan neftinin BTC kəməri ilə daşınması barədə siyasi razılıq mövcuddur",-deyə səfir söyləyib.

Onun fikrincə, nəqliyyat razılaşamasının imzalanması ekspertlərin razılığından asılı olacaq, belə ki, əvvəlki layihə üzərində hazırlıq işləri 3 il çəkmişdi.

Hazırda BTC kəməri ilə yalnız Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan yüngül neft ixrac olunur.

Xəbər lenti

Xəbər lenti