...

Türkiyə Azərbaycan Dövlət Neft Şirkətinin Ceyhan limanında NEZ tikməklə bağlı layihəsinə razılıq verməyə hazırlaşır

Energetika Materials 21 May 2007 21:02 (UTC +04:00)
Türkiyə Azərbaycan Dövlət Neft Şirkətinin Ceyhan limanında NEZ tikməklə bağlı layihəsinə razılıq verməyə hazırlaşır

Azərbaycan, Bakı/ Trend / Türkiyə ümumi dəyəri 11 mlrd. dollar olan ARDNŞ, Indian Oil Corp. Və OMV AG şirkətlərinin tikəcəyi üç neft emalı zavodunun layihəsinə razılıq verməyi planlaşdırır. Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyə enerji bazarının tənzimlənməsi qurumunun rəhbəri Yusif Gunay məlumat verib.

Onun sözlərinə görə, ARDNŞ və Turcas Petrolculug ilkin mərhələdə gücü 10 mln. ton olan NEZ tikilməsinə 1 mlrd. dollar investisiya ayırmağı planlaşdırır. Bu şirkət artıq müraciət edib.

Indian Oil Corp. və Türkiyənin Calik Holding tikinti şirkəti mayın 25-də gücü illik gücü 15 mln. ton olan NEZ tikintisi üçün lisenziya ala bilər. Layihənin dəyəri 4,9 mlrd. dollar qiymətləndirlir. Gunayın sözlərinə görə, yaxın zamanlarda OMV və onun tərəfdaşı Petrol Ofisi-nə də gücü 10 mln. ton olan NEZ tikintisi üçün icazə verilə bilər.

Zavodları Aralıq Dənizinin sahilində Ceyhan limanında tikmək planlaşdırılır. Zavodların tikintisi Türkiyənin neft emal etmək qabiliyyətinin hazırkı 27 mln. tondan illik 62 mln. tona qədər artırmağa imkan verəcək.

Ötən ilin dekabrında ARDNŞ rəhbəri Rövnəq Abdullayev və Turcas idarə heyətinin sədri Erdal Aksoy birgə şirkətin yaradılması barədə müqavilə imzalayıblar. Yaradılmış SOCAR

Əsas məqsəd isə Ceyhanda 4 il müddətində illik emal gücü 20 mln. ton olan zavodun tikilməsidir. Səhmlərin 51 faizi ARDNŞ-ə, 49 faizi isə Türkiyə tərəfinə məxsusdur. Zavodda emal olunmuş neft məhsulları Türkiyə bazarında satılacaq. Həmin məhsulların ixracı da istisna olunmur.

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin ən iri kimya zavodu PETKIM-in özəlləşdirilməsində də iştirak etmək niyyətindədir. Türkiyə tərəfi ARDNŞ-in müəssisənin səhm paketinə sahib olmaq istəyini dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti