...

Azərbaycan Gürcüstanın artıq elektrik enerjisinin bir hissəsini idxal edir

Energetika Materials 22 May 2007 18:40 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /"İnquri" SES-in işi ilə əlaqədar Gürcüstanda elektrik enerjisinin bolluğu ilə bağlı onun bir hissəsini Azərbaycan qəbul edir. Bu gün Gürcüstandan respublikaya təxminən 70 MVt elektrik enerjisi çatdırılır. Bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Bu enerjinin qaytarılması payız-qış mövsümündə həyata keçiriləcək, - deyə o qeyd edib.

Elektrik enerjisi mübadiləsi keçən ilin 29 noyabr tarixində imzalanmış müqavilə əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti