...

Çinin "CNPC" şirkəti Azərbaycanda neft hasilatından olan gəlirlərin əhəmiyyətli artımını elan edib

Energetika Materials 23 May 2007 14:13 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanda 2006-cı ildə "Kürsəngi-Qarabağlı" quru yatağı blokunun işlənməsi üzrə layihə çərçivəsində "CNPC Hong Kong" şirkətinin payına 2005-ci ildə hasil olunmuş 1,159 mln. barrelə (təxminən 158 min ton) qarşı hasil olunmuş neftin 1,082 mln. barreli (təxminən 150 min ton) düşür. Bu barədə "CNPC" şirkətinin məlumatında bildirilib.

Məlumatda bildirilib ki, bu dövr ərzində əldə olunmuş gəlir (vergilərin ödənilməsindən sonra) 2005-ci ildə 59,97 mln. dollar HK-yə qarşı 89,215 mln dollar HK təşkil edib. Keçən ilə nisbətən artım 29,245 mln. dollar HK və ya 48,77 faiz təşkil edib.

"CNPC Hong Kong" üçün "Kürsəngi-Qarabağlı" yatağında əməliyyatların dəyəri 2005-ci ildə 99,73 mln. dollar HK-yə qarşı 2006-cı ildə 74,294 mln. dollar HK təşkil edib.

"Salyan Oil" şirkətinin əməliyyat komitəsi 2007-ci ildə həyata keçiriləcək işlərə büdcəni 43 mln. dollar səviyyədə müəyyən edib. Bu ildə ümumilikdə 5 istismar quyusunun qazılması nəzərdə tutulur. Onların layihə dərinliyi 3500 metr təşkil edəcək.

"Kürsəngi-Qarabağlı" yatağının işlənməsi üzrə müqavilənin müddəti 25 il təşkil edir. Layihənin səhmdarları: ADNŞ (50%), hər birinin 25 faizə malik olduğu iki Çin şirkəti - China National Oil Gas Exploration and Development Corp. (CNODC) və CNPC (Hong Kong) Ltd. (CNPCHK).

Xəbər lenti

Xəbər lenti