...

İslam İnkişaf Bankı Azərbaycanda neft terminalının tikintisində iştirak etmək niyyətindədir

Energetika Materials 23 May 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ İslam İnkişaf Bankı (İİB) Azərbaycanın Qaradağ rayonundakı yeni neft terminalının inşasında iştirak etməkdə maraqlıdır. Bu barədə çərşənbə günü Bakıda "Azərsun Holding"in prezidenti Abdolbari Gözəl (Abdolbari Goozal) məlumat verib.

Qeyd edək ki, "Azərsun Holding" terminalın tikintisinin sifarişçisi qismində çıxış edir. Terminal "BP"-nin Səngəçal terminalının 4 kilometr yaxınlığında yerləşəcək.

"Layihədə digər banklar da iştirak etməkdə maraqlıdırlar" - deyə Gözəl bildirib.

İlkin mərhələdə terminaldakı anbarların həcmi 200 min kubmetrə bərabər olacaq. Sonradan bu göstərici 600 min kubmetrə çatdırıla bilər. Dəmir yolu ilə ildə 25 mln. ton neft göndərmək mümkün olacaq. Boşaldıb-yükləmə isə ildə 50 mln. ton təşkil edəcək. Terminal Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bağlantıya malik olacaq, eyni zamanda bu xətlə nəql üçün ildə 30 mln. ton neft verə biləcək.

Gözəlin sözlərinə görə, bu gün layihənin hazırlığı ilə bağlı işlər aparılır. "İlk olaraq terminalın gücü 10 mln. ton olacaq. Sonradan bu göstəricini artırmaq mümkün olacaq" - deyə holdinq rəhbəri söyləyib.

Layihənin reallaşmasında həmçinin "Azərbaycan investisiya şirkəti" SC iştirak edəcək.

"İlkin hesablamalara görə, layihənin dəyəri 100 mln. dollara bərabərdir" - deyə Gözəl bildirib.

Tikinti işləri 3-4 ay ərzində başlayacaq. İşlərin yekunlaşdırılması 2008-ci ilin sonu, 2009-cu ilin əvvəlinə planlaşdırılır. Terminal çıxış üzgəcinə malik olacaq və dedveyti 60 min ton olan tankerləri qəbul edə biləcək.

Hazırda Azərbaycanın Xəzər sahilində aşağıdakı terminalları mövcuddur:

- Bakı terminalı (anbarların həcmi - 100 min kubmetr, dəmir yolla illik daşıma qabiliyyəti - 5 mln. ton, illik yüklənib-boşalma - 5 mln. ton),

- Səngəçal terminalı (anbarların həcmi - 320 min kubmetr, dəmir yolla illik daşıma qabiliyyəti - 8,5 mln. ton, illik yüklənib-boşalma - 6 mln. ton. Terminalın BTC ilə bağlılığı mövcuddur və bu xətlə ildə 9 mln. ton neft nəql etmək imkanı var),

- Dübəndi terminalı (anbarların həcmi - 340 min kubmetr, dəmir yolla illik daşıma qabiliyyəti -10 mln. ton, illik yüklənib-boşalma - 10 mln. ton).

Xəbər lenti

Xəbər lenti