...

Azərbaycan və Norveç EITI üzrə konfransa hazırlıqla bağlı işləri müzakirə edib

Energetika Materials 23 May 2007 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Norveçin Azərbaycandakı səfiri Yon Ramberlə iyunun 7-də Bakıda keçiriləcək hasilat sənayesində şəffaflıq təşəbbüsü (EITI) üzrə konfransla bağlı müzakirələr aparıb. Bu barədə çərşənbə günü nazirlikdən məlumat verilib.

Tədbirin təşkilatçıları qismində Böyük Britaniya, ABŞ, Almaniya, "Statoil" şirkəti, "BP", Azərbaycan Dövlət Neft Fondu, Dünya Bankı və EITI ittifaqıdır.

Görüşdə həmçinin Norveçin energetika nazirinin müavininin Bakıya gözlənilən səfəri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti