...

Azərbaycan Dövlət Neft Şirkəti iyun ayı üçün Novorossiysk limanından neft ixracı proqramını yenidən nəzərdən keçirib

Energetika Materials 26 May 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iyun ayı üçün Bakı-Novorossiyk boru kəməri üzrə neft ixracı proqramını yenidən nəzərdən keçirib. Buna müvafiq olaraq ixrac üçün nəzərdə tutulan neftin həcmi azaldılıb. Bu barədə ADNŞ-dən məlumat verilib.

Şirkət Novorossiyskdən tender üzrə satılan Yurals neftinin həcmini 2,2 mln. barreldən 1,2 mln. barrelədək aşağı salıb. Neft iki hissə ilə yüklənəcək - hər biri 600 min barrel olmaqla 18-20 iyun və 29-30 iyun tarixlərində. Tenderin nəticələri mayın 29-da elan olunacaq.

Yanvarda Bakı-Novorossiysk üzrə ADNŞ neftinin ötürülməsi təxminən bütün neft həcminin elektrik stansiyalarında istifadə olunan mazutun alınması üçün neft emalı zavodlarına göndərilməsi səbəbindən həyata keçirilməyib. Bu il Azərbaycan Rusiyadan qaz idxalını dayandırıb. Bu qaz elektrik stansiyalarında elektrik enerjisinin alınması üçün yanacaq kimi istifadə olunurdu.

Fevral, mart, aprel və mayda Novorossiyskdən hər biri 450 min barrel olmaqla üç partiya neft həcmi yüklənib.

2007-ci ildə Novorossiyskdən ADNŞ-nin neft partiyalarını aşağıdakı şirkətlər əldə edib:

Glencore Energy UK Ltd - fevral (450 min barrel);

REOC Ltd - mart (450 min barrel);

Glencore Energy UK Ltd - aprel (450 min barrel);

Sunoil SA - may (450 min barrel).

Xəbər lenti

Xəbər lenti