...

BP 2007-ci ildə Azərbaycanın neft gəlirlərini açıqlayıb

Energetika Materials 29 May 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ 2007-ci ildə Azərbaycanda "Azəri-Çıraq-Günəşli" layihəsinin işlənilməsindən $3,5 mlrd. həcmində gəlirin olması gözlənilir. Bu barədə çərşənbə axşamı mətbuat konfransında BP Azerbaijan şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Fil Houm bildirib. BP Azerbaijan - layihənin operatorudur.

Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycanın layihədən gəliri 3,2 mlrd. dollar olub. Bu məbləğə vergilər, neft satışından əldə olunan gəlirlərdən ayrılan vəsaitlər, bonus köçürmələri, tarif ödəmələri və s. daxildir.

"Növbəti illərdə Azərbaycanın layihədən gəlirləri daha da artacaq",-deyə o bildirib.

"Azəri-Çıraq-Günəşli" layihəsiHasilatın Pay Bölgüsü Sazişinin iştirak payları: BP (operator - 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), INPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), Itoçu (3,9%), Hess (2,7%).

Xəbər lenti

Xəbər lenti