...

"Azəriqaz" rəhbəri: Azərbaycan öz qazının Gürcüstana tədarükünü bərpa edib

Energetika Materials 30 May 2007 17:09 (UTC +04:00)
"Azəriqaz" rəhbəri: Azərbaycan öz qazının Gürcüstana tədarükünü bərpa edib

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Mayın 29-dan "Azəriqaz" QSC Gürcüstana qaz tədarükünü bərpa edib. Bunu çərşənbə günü "Azəriqaz" QSC-nin prezidenti Əlixan Məlikov bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstana min kubmetri 120 dollar olmaqla 40 mln. kubmetrdən çox ARDNŞ (aylıq ekvivalentdə) qazı tədarük olunur.

2007-ci ilin ilk üç ayı ərzində "Azəriqaz" la Gürcüstan arasında əldə olunmuş razılığa əsasən, Azərbaycanın öz qazı (105 mın. kubmetr) tədarük olunub.

Bu qazın Gürcüstan üçün qiyməti hər min kubmetrə 120 dollar olub.

Gürcüstan həmçinin Cənubi Qafqaz qaz kəməri üzrə də yanacaq alır. Qaz "Şahdəniz" yatağında hasil olunur.

Xəbər lenti

Xəbər lenti