...

Azərbaycan dövlət müəssisələri arasında qaz əməliyyatlarına görə qarşılıqlı hesablaşma mexanizmi dəyişdirilib

Energetika Materials 30 May 2007 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycan dövlət müəssisələri arasında qaz əməliyyatlarına görə qarşılıqlı hesablaşma mexanizmi dəyişdirilib. Çərşənbə günü Xəzər işgüzar inteqrasiya klubunda (CIBC) görüş zamanı "Azəriqaz" QSC-nin prezidenti Əlixan Məlikov bildirib ki, bundan sonra ARDNŞ öz qazını "Azərenerji" SC-yə birbaşa satacaq. Əvvəllər ARDNŞ bu əməliyyatı "Azəriqaz" vasitəsilə yerinə yetirirdi.

Dövlət Neft Şirkəti qazın min kubmetrini "Azəriqaz" SC-yə 42 manata satırdı. "Azəriqaz" SC də öz növbəsində elektrik enerjisi sistehsalı üçün yanacağı "Azərenerjiyə" satırdı.

Amma Məlikovun sözlərinə görə, "Azərenerji"nin "Azəriqaz"dan aldığı qaza görə ödəmələri aşağı olurdu, bu da ARDNŞ qarşısında qazın alınmasına görə "Azəriqaz"a borc yaradırdı.

"Bundan sonara isə, ARDNŞ qazı birbaşa olaraq "Azərenerji"yə satacaq, "Azəriqaz" isə yalnız bu yanacağı nəql edəcək" - deyə Məlikov söyləyib.

Xəbər lenti

Xəbər lenti