...

Avropa Komissiyasının rəhbəri: "AB Xəzər dənizi ilə əlaqə üçün enerji dəhlizinin yaradılmasını davam etdirəcək"

Energetika Materials 31 May 2007 14:35 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri: "AB Xəzər dənizi ilə əlaqə üçün enerji dəhlizinin yaradılmasını davam etdirəcək"

Azərbaycan, Bakı / Trend /Avropa Birliyi (AB) qonşuları ilə münasibətlərin inkişafını davam etdirəcək. AB artıq energetika sahəsində Azərbaycan, Qazaxıstan və Ukrayna ilə qarşılıqlı anlaşma barədə memorandumlar imzalayıb. Bu barədə Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bəyan edib.

"Biz AB-nin Xəzər və Qara dənizlərlə əlaqəsi üçün enerji dəhlizinin yaradılmasının müzakirəsini davam etdirəcəyik" - deyə o bildirib.

AB və Azərbaycan arasında "Energetika və strateji əməkdaşlıq sahəsində strateji əməkdaşlıq haqqında" Memorandum 2006-cı ilin noyabrında imzalanıb. AB və Azərbaycan arasında strateji əməkdaşlıq dörd istiqamətdə əməkdaşlığı nəzərdə tutur:

-Azərbaycan qanunlarının AB dövlətləri qanunlarına adaptasiyası. Bunun üzərində energetika qanunlarını, onun istehsalı, nəql olunması, tariflərin bölüşdürülməsi və qiymət siyasətini bilən hüquqşünas və ekspertlərdən ibarət işçi qrup işləyəcək;

-Nəqliyyat yolları. Avropa Birliyi Qazaxıstan, qismən Türkmənistan və İran qazının respublika ərazisindən və daha sonra NABUCCO layihəsi üzrə və ya Qara dəniz və Ukraynadan keçməklə Avropaya daxil olması üçün Qazaxıstan neftinin Azərbaycan ərazisindən keçməsi məsələsini nəzərdə tutur;

-Azərbaycanın yanacaq-energetika kompleksinin yenidən strukturlaşdırılması. Yanacaq-energetika kompleksinin daha dövlətsiz, daha mobil, kommersiya cəhətdən daha effektiv olması üçün gələcək islahatlar;

- Təcrübə mübadiləsi məsələləri.

Onun sözlərinə görə, bu gün Avropa lazımi enerjinin 50 faizini idxal edir. "Əgər biz cari siyasəti reallaşdırmağa davam etsək, o zaman 2030-cu il üçün bu rəqəm 70 faizədək artacaq. 2030-cu il üçün qlobal enerji tələbatı təxminən 60 faiz artacaq" - deyə Barrozu bildirib.

Xəbər lenti

Xəbər lenti