...

Nazir: "Türkiyə iyulda Azərbaycan qazını İtaliyaya nəql etməyə başlayacaq"

Energetika Materials 6 İyun 2007 12:02 (UTC +04:00)
Nazir: "Türkiyə iyulda Azərbaycan qazını İtaliyaya nəql etməyə başlayacaq"

Azərbaycan, Bakı / Trend / Türkiyə "Şahdəniz" yatağından Azərbaycan qazının qəbuluna hazırdır. "Qaz iyulun sonunda daxil olan kimi biz onu Yunanıstana ixrac edəcəyik, oradan isə qaz İtaliyaya göndəriləcək" - deyə Türkiyə energetika naziri Hilmi Gülər bildirib. Məlumatı Energy Intelligence Group "Ihlas" agentliyinə istinadən yayıb.

İstanbulda "AB-Türkiyə" enerji konfransında iştirak edən Gülər bir daha ölkəsini Avstriya ilə birləşdirən "Nabukko" qaz kəmərini dəstəklədiyini bildirib.

Konfransda həmçinin AB-nin energetika məsələləri üzrə komissarı Andris Piebalqs çıxış edib. O bildirib ki, "Nabukko" Türkiyəyə AB-nin təbii qaz nəqli üzrə dördüncü arteriyasına çevrilə bilər: "Lakin biz onu doldurmalıyıq. Yaxın zamanlarda AB layihənin reallaşdırılmasının sürətləndirilməsi üçün koordinatoru təyin edəcək".Azərbaycan artıq "Şahdəniz"dən Türkiyəyə ilk qazı ötürüb. Məqsəd kəmərin Türkiyə ərazisindən keçən hissəsini yoxlamaq olub. Azərbaycan qazının kommersiya həcmləri isə hələ gürcü-türk sərhədini keçməyib. Cənubi-Qafqaz boru kəməri ilə hazırda "Şahdəniz"dən kommersiya qazı Azərbaycan və Gürcüstana nəql olunur.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996-cı il iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: "BP" (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, "NICO" - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, "TPAO" - 9 faiz və ARDNŞ - 10 faiz.

"Şahdəniz"in işlənilmə layihəsinin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti