...

ARDNŞ vitse-prezidenti: "Şahdəniz" yatağında bu gün üçüncü quyunun istismara verilməsinə hazırlıq görülür"

Energetika Materials 6 İyun 2007 13:10 (UTC +04:00)
ARDNŞ vitse-prezidenti: "Şahdəniz" yatağında bu gün üçüncü quyunun istismara verilməsinə hazırlıq görülür"

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev / "BP Azərbaycan" iyunun 6-da "Şahdəniz" yatağındakı üçüncü istismar quyusunun istismara verilməsi ilə bağlı işlər aparır.

Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) geologiya, geofizika və işlənmə məsələləri üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

"BP Azərbaycan" mayın sonunda texniki işləri gördükdən sonra "Şahdəniz"də quyunu istismara verib. Lakin burada qaz itkisi aşkarlandıqdan sonra hasilat işləri dayandırılıb. Bu müddətdə qaz ikinci quyudan çıxarılıb.

Beləliklə, istisna deyil ki, "Şahdəniz"də qazla kondensat bu gündən etibarən üç quyudan çıxarılacaq.

"Şahdəniz"in işlənilmə layihəsinin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacaq.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996-cı il iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: "BP" (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, "NICO" - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, "TPAO" - 9 faiz və ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti