...

Wintershall Azərbacanın perspektiv strukturlarının işlənməsini effektiv hesab etmir

Energetika Materials 6 İyun 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend S.Əliev/ ARNDŞ-nın Geologiya, Geofizika və İşlənmə üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadənin çərşənbə günü jurnalistlərə verdiyi məlumata görə, ARNDŞ öz vəsaiti hesabına "Qarabağ" strukrurunun işlənilməsi niyyətindədir və bunu digər sahələrlə birləşdirməyi planlaşdırmır.

İlkin hesablamalara görə, "Əşrəfi" yatağının ehtiyatı 35-40 mln. ton neft və 20-25 mlrd. kubmetr qaz dəyərində qiymətləndirilir. Yusifzadənin sözlərinə görə, neftin qiymətinin qalxması nəticəsində son zamanlar xarici şirkətlərin Azərbaycandakı perspektiv strukturların işlənməsinə marağı artıb.

"Əvvəllər əcnəbilər neftin qiymətinin aşağı olması səbəbindən ölkədəki əməliyyatların səmərəsiz olması ilə bağlı olaraq bir çox sahələrin işlənməsindən imtina edirdilər. Hazırda neftin qiymətləri yüksəkdir və əlavə olaraq Azərbaycanda müasir nəqliyyat infrastrukturu mövcuddur".

Xəbər lenti

Xəbər lenti