...

Azərbaycanda öncə ödəməli qaz və elektrik sayğaclarınn tətbiqi üzrə pilot layihəsinə başlanılır

Energetika Materials 7 İyun 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xalilova / Azərbaycan hökuməti qaz və enerji sayğaclarının öncə ödəmə pilot layihəsinin tətbiqinə başlayır. Bu barədə baş nazirin müavini Yaqub Eyyubov məlumat verib.

Qaz sayğaclarının quraşdırılmasına Gəncədən başlanılıb və artıq Actaris Metering Systems fransız şirkəti ilə 60 min sayğacın alınması ilə bağlı müqavilə imzalanıb. Bir sayğacın qiyməti 140 dollardır.

Öncə ödəməli elektrik sayğaclarının tətbiqinə də Gəncə şəhəri və Şəki rayonundan başlanılacaq. Abonentlərin sayı nəzərə alınmaqla Gəncədə 80-100 min, Şəki zonasında 100 min sayğac alınacaq. Gəncə əhalisi üçün sayğaclar Çində yığılacaq, Şəki üçün isə sayğacları Actaris tədarük edəcək.

Eyyubov qeyd edib ki, sayğacların quraşdırılması üçün xərcləri "Azəriqaz" QSC və Azenerji" SC ödəyəcək. Bu, istehlakçılara aid olmayacaq.

Elektrik enerjisi üçün nəzərdə tutulan sayğacaların qiyməti də fərqlənəcək. Belə ki, burda əlavə olaraq qoruyucu da lazımdır. Actaris istehsalı olan sayğacların təqribi qiyməti 100 dollar təşkil edir.

"Öncə ödəməli sayğacların effektivliyindən asılı olaraq onların bütün ölkədə tətbiq olunması ilə bağlı qərar qəbul olunacaq",-deyə Eyyubov hesab edir.

Bununla yanaşı prosesin sürətləndirilməsi əhalinin enerji daşıyıcılarınadan istifadə etmək üçün vəsaitləri necə ödəməsindən asılı olacaq.

Bütün Azərbaycandakı istehlakçıların təmin olunması üçün 1 mln. qaz sayğacı və bir milyondan artıq elektrik sayğacı tələb olunur.

Actaris qrupuna dünyanın 30-dan çox ölkəsində yerləşən 30 zavod, 50 ticarət ofisi, həmçinin Moskva və Sankt-Peterburqda "Aktaris" MMC daxildir. Şirkət Lükseburqda olan baş ofis, Brüssel və Parisdəki mənzil-qərargahları vasitəsilə idarə olunur. Actaris elektrik enerjisi üçün məişət, sənaye və kommersiya avadanlıqları, qaz, su, yanacaq enerjisi və maye halında olan maddələrin istehlakı üçün avadanlıqlar, həmçinin qurğuların yoxlanılması üçün sınaq avadanlıqlarının hazırlanma və istehsalını həyata keçirir. Dünyada şirkətin 200 mln. ədəddən çox məhsulu quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti