...

OMV icraçı direktoru: İstənilən halda Avropanın "Nabukko" vasitəsilə qaz almağa ehtiyacı olacaq

Energetika Materials 7 İyun 2007 17:07 (UTC +04:00)
OMV icraçı direktoru: İstənilən halda Avropanın "Nabukko" vasitəsilə qaz almağa ehtiyacı olacaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ İstənilən sayda qaz tədarükçüsünün olması Avropa istehlakçıları üçün "Nabukko" boru kəmərinin effektivliyini və lazımlığını azaltmayacaq. Bunu cümə axşamı jurnalistlərə Bakıda OMV Avstriya şirkətinin icraçı direktoru Reinxard Mintek bəyan edib.

OMV şirkəti digərləri ilə yanaşı bu qaz kəmərinin işlənilməsi ilə məşğuldur.

"İstənilən halda Avropanın "Nabukko" vasitəsilə qaz almağa ehtiyacı olacaq",-deyə Mintek bildirib.

4 min kilometr uzunluğunda olacaq "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan və Avstriyadan keçməklə Orta Asiya və Xəzər qazının Avropaya çatdırılmasını təmin edəcək. Qaz kəmərinin 2011-ci ildə istifadəyə veriməsi nəzərdə tutulub. Layihə 5 mlrd. avro dəyərində qiymətləndirilir. Kəmərin hazırlanması ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin BOTAS, Bolqarıstanın Bulgargaz və Rumıniyanın Transgaz şirkətləri məşğuldur.

Avropaya qaz ixracı məqsədi daşıyan müxtəlif qaz layihələri ilə bağlı OMV icraçı direktoru bildirib ki, "Mavi axın" və "Nabukko" qaz kəmərləri Avropada birgə işləyə bilərlər.

O söyləyib: ""Nabukko" yalnız infrastrukturu təqdim edir, Avropanın qaz alıcıları isə yanacağın tədarükünün qiyməti və ticarət şərtləri ilə bağlı ARDNŞ və Azərbaycanın digər tədarükçüləri ilə özləri danışıqlar aparmalıdırlar".

"Necə olsa onlar qaz biznesi ilə bağlı kompromisə gələcəklər",- deyə o söyləyib. "Mavi axın" Rusiya və Türkiyə arasında Qara dənizin dibi ilə uzanan qaz kəməridir.

Kəmərin ümumi uzunluğu 1213 km-dir və 1997-ci ildə Türkiyə və Rusiya arasında imzalanmış müqavilə çərçivsəsində yaradılan bu kəmərlə Rusiya Türkiyəyə 364,5 mlrd. kubmetr qaz tədarük etməlidir (2000-2025). Kəmərin tikintisinə 3,2 mlrd. dollar xərclənilib.

Xəbər lenti

Xəbər lenti