...

Avstriyanın OMV şirkəti ARDNŞ-ə əməkdaşlıq haqqında memorandum imzalamağı təklif edir

Energetika Materials 9 İyun 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin Avropaya mümkün qaz tədarükü və bu prosesdə iştirakı ARDNŞ prezidenti Rövnəq Abdullayevin Avstriya Federal İqtisadiyyat və Əmək Nazirliyinin baş katibi Martin Ayxtinqerin rəhbərlik etdiyi neft-qaz şirkətlərinin nümayəndələri ilə görüşdə müzakirə mövzusu olub.

ARDNŞ-in məlumatında göstərilib ki, bu gün Azərbaycan qazının Avropaya nəqlinin mümkün marşrutları üzrə Dövlət Neft Şirkətinin mütəxəssisləri araşdırma aparırlar. ARDNŞ rəhbəri bildirib ki, Avropanın qazla təchiz olunmasında Azərbaycan həm iştirakçı, həm də tranzit ölkə olmaq niyyətindədir.

OMV və EKONGAS Avstriya şirkəti nümayəndələrinin sözlərinə görə, onlar Azərbaycan qazının Avropaya nəqlində həm tranzit ölkə, həm də Avropa İttifaqı ölkəsi kimi maraqlıdırlar.

OMV Azərbaycan Dövlət Neft Şirkətinə energetika sahəsində əməkdaşlıq haqqında memorandum imzalamağı təklif edib.

Xəbər lenti

Xəbər lenti