...

Azərbaycanda koks istehsalı ötən ilin göstəricilərinə nisbətən azdır

Energetika Materials 9 İyun 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-may aylarında Heydər Əliyev adına neft emalı zavodu 7,12 min neft koksu istehsal edib. Şənbə günü ARNDŞ-dan verilən məlumata görə, bu ilin birinci kvartalında neft koksunun istehsalı barədə məlumat verilməyib, yanvar və fevral aylarında isə az miqdarda istehsal olunub. Mart ayında koks istehsalı dayandırılıb və aprel ayında bərpa olunub.

Yanvar-may aylarında respublikada koks istehsalı ötən ilin 27,93 min ton olan göstəricilərindən azdır. 2006-cı ildə 67,24 min ton koks istehsal olunub. 2005-ci ildə müəssisədə koks istehsal olunmayıb. Azərbaycanda istehsal olunan koksun əsas istifadəçiləri Rusiyanın aliminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti