...

EITI katibliyi şəffaflıq təşəbbüsünün tətbiqi sahəsində Azərbaycanın uğurları ilə tanış olub

Energetika Materials 12 İyun 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın hasilat sənayesinin şəffaflığı təşəbbüsünün (EİTİ) tətbiqindəki son müvəffəqiyyətləri və BMT Baş Assambleyasına təqdim etmək məqsədilə EİTİ-ni dəstəkləyən qətnamə layihəsinin hazırlığı Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) keçirilən görüşün müzakirə predmeti olub. Bu barədə fondun çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Görüş ARDNF-in icraçı direktoru, EİTİ üzrə hökumət komissiyasının sədri Şahmar Mövsümovla EİTİ beynəlxalq katibliyinin başçısı Yonas Moberq arasında keçirilib.

Görüş zamanı Mövsümov qeyd edib ki, Azərbaycan müvafiq təşəbbüsün istər tətbiqi, istər də qiymətləndirilməsi üzrə ilk ölkə olmağa hazırdır. Danışıqlar zamanı həmçinin sentyabrda Osloda keçiriləcək EİTİ idarə heyətinin iclasına hazırlıq və bu yaxınlarda yaradılan EİTİ katibliyinin (Norveçdə yerləşir) fəaliyyəti müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti