...

Azərbaycanın Sənaye və Energetika Nazirliyində Lüksemburqla əməkdaşlıq perspektivləri müzakirə olunub

Energetika Materials 13 İyun 2007 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ İkitərəfli əməkdaşlıq perspektivləri və Lüksemburq şirkətlərinin Azərbaycanda investisiya proqramlarında iştirakı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Lüksemburq Krallığının iqtisadiyyat və xarici ticarət naziri Janot Krake ilə görüşündə müzakirə mövzusu olub.

Nazirliyin məlumatında göstərilib ki, görüşdə Lüksemburqun maliyyə institutlarının nümayəndələri iştirak edib.

Azərbaycan naziri Lüksemburq şirkətlərini respublikada hazırda fəal şəkildə inkişaf edən qeyri-neft sektorundakı layihələrdə iştirak etməyə dəvət edib.

Xəbər lenti

Xəbər lenti