...

Azərbaycanın yanacaq və energetika naziri "Azəri-Çıraq-Günəşli" yatağının dərin süxurlarındakı qazın hasilatı üzrə ilk namizədi açıqlayıb (video)

Energetika Materials 14 İyun 2007 18:16 (UTC +04:00)
Azərbaycanın yanacaq və energetika naziri "Azəri-Çıraq-Günəşli" yatağının dərin süxurlarındakı qazın hasilatı üzrə ilk namizədi açıqlayıb (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Hazırkı mərhələdə yeni qaz ehtiyatları kəşf etmək Azərbaycan üçün çox mühümdür. Bunu cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Bir "Şahdəniz" yatağının hesabına", hətta onu tam gücü ilə istismar etsək də, Azərbaycan Avropa üçün, bizim istədiyimiz kimi ağırçəkili qaz ixracatçısı ola bilməz.

Ona görə əlavə kəşflər böyük rol oynayır. Bu nöqteyi-nəzərdən "Azəri-Çıraq-Günəşli" yatağının dərin süxurlarındakı qaz layları çox mühümdür, - deyə nazir söyləyib.

BP şirkəti artıq Azərbaycan tərəfinə "Azəri-Çıraq-Günəşli" yatağının dərinsüxurlu laylarının işlənilməsi üzrə təkliflərini verib. "Mən hesab edirəm ki, bu effektivdir",-deyə nazir söyləyib.

Onun sözlərinə görə, BP-nin təklifinə baxılması və müvafiq danışıqların davam etdirilməsi lazımdır.

"Bu layihənin operatorunun kim olacağı gözlənilən təkliflərdən asılı olacaq",-deyə nazir söyləyib.

BP infrastruktura və nəqliyyat sisteminə böyük investisiyalar qoyacaq. "Mən hesab edirəm ki, ilk namizəd, əlbəttə ki, BP olmalıdır. Əgər onun təklifləri bizi razı salmasa, o zaman yeni partnyor axtarmalı, yaxud öz gücümüzə güvənməli olacağıq, bu da mümkündür",-deyə Əliyev söyləyib.

Bu layihə "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatından fərqlənir.

"Yeni qaz platforması, yeni qazma, tikinti lazımdır. Neft və qaz quyusu bir platformada yerləşə bilməz. Bütün mümkün istehsal infrastrukturunu istifadə etmək olar",-deyə nazir söyləyib.

Xəbər lenti

Xəbər lenti