...

Azərbaycan Türkiyəyə qaz ixracına başlayıb

Energetika Materials 3 İyul 2007 13:42 (UTC +04:00)
Azərbaycan Türkiyəyə qaz ixracına başlayıb

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Çərşənbə axşamı Azərbaycanın "Şahdəniz" yataığından çıxarılan qazın Türkiyəyə ixracı başlayıb. Bu barədə ARDNŞ-dən məlumat veriblər. Qaz Türkiyəyə Cənubi-Qafqaz boru kəməri ilə ötürülür. Müqaviləyə əsasən "Şahdəniz" qazının Türkiyə üçün qiyməti 80-dən 120 dollarədək (min kubmetr üçün)təşkil edəcək.

Hazırda "Şahdəniz" yatağından Azərbaycan sutka ərzində təxminən beş mln. kubmetr qaz alır. Bu qaz yeraltı anbarlara vurulur. Hazırda "Şahdəniz" yatağında istismar üçün üç quyu tam hazır vəziyyətdədir. Türkiyə qazı qəbul etməyə başlayandan sonra üç quyudan sutkalıq hasilat həcmi 15 mln. kubmetr təşkil edəcək.

Azərbaycanın qaz satışı üzrə şirkəti (Azerbaijan gas supply company) tərəfindən hazırda "Şahdəniz"dən Gürcüstana təxminən 1 mln. kubmetr qaz ötürülür. İl ərzində V teçenie qoda müqavilə üzrə bu ölkəyə çatacaq 250 mln. kubmetr qazın (min kubmetrin qiyməti 63 dollardır) nəqli planlaşdırılır.

"Şahdəniz" yatağının işlənilməsi layihəsinin "Mərhələ-1" çərçivəsində "Plato" mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil ediləcəyi gözlənilir. Bu il yataqdan 5,7 mlrd. kubmetr qaz hasil olunacaq. Bu həcmdən 2,7 mlrd. kubmetri Azərbaycan alacaq.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996-cı ilin iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator- 25,5%), Statoil (25,5%), NICO (10%), Total (10%), LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).

Xəbər lenti

Xəbər lenti