...

Türkiyə "Şahdəniz" layihəsində "Mərhələ-1" üçün Azərbaycan qazının ən böyük idxalçısıdır

Energetika Materials 3 İyul 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Şahdəniz" layihəsində "Mərhələ-1"-in həyata keçirilməsi çərçivəsində stabil hasilat səviyyəsinə çıxdıqda sutkada 8 mlrd. kubmetr qaz hasil olunacaq.

Çərşənbə axşamı mətbuat konfransında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, hasil olunan qazın ən böyük hissəsi Türkiyəyə ixrac olunacaq. Türkitə - 6 mlrd kubmetr, Gürcüstan - 0,3 mlrd. kubmetr, Azərbaycan - 1,5 mlrd. kubmetr qaz alacaq.

Qeyd edək ki, Azərbaycan "Şahdəniz" yatağından qazı min kubmetri 52 dollara, Gürcüstan 63 dollara, Türkiyə isə 120 dollara alır.

Onun sözlərinə görə, "Şahdəniz" layihəsində "Mərhələ-2"-nin həyata keçirilməsi çərçivəsində ildə 12 mlrd. kubmetr qaz hasil olunması proqnozlaşdırılır. 2015-ci ilə qədər yataqda illik hasilat 20 mlrd. kubmetrə çata bilər.

"Şahdəniz" yatağında hasilat 2006-cı ilin dekabrında başlayıb. 2007-ci ilin yanvar-iyun aylarında yataqdan 700,44 mln. kubmetr qaz hasil olunub ki, bunun da 538,7 mln. kubmetrini Azərbaycan alıb.

Xəbər lenti

Xəbər lenti