...

BP Azerbaijan 2007-ci ildə "Şahdəniz" yatağından qaz hasilatı üzrə proqnozları açıqlayıb

Energetika Materials 4 İyul 2007 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / BP-nin operatoru olduğu Şahdəniz yatağından sutkalıq hasilat hazırda təxminən 8,5 milyon kubmetr qaz və 25 min barel kondensat təşkil edir. Bu barədə BP Azerbaijan-ın məlumatında göstərilib.

Qalan öncəqazma quyusu işə salındıqdan sonra il ərzində hasilatın artması davam edəcək. Bu ilin sonlarında platformadan yeni quyuların qazılmasına başlanacaq, deyə məlumatda göstərilir.

2007-ci ildə BP Şahdəniz yatağından orta hesabla 63 min barel neft ekvivalenti (və ya bütün il ərzində 2,7 mlrd. kubmetr qaz və 0,8 mln. ton kondensat) hasil etməyi planlaşdırır. Mərhələ-1 hasilatının ən yüksək sabit dövründə ildə 8,6 mlrd. kubmetr qaz və gündə təxminən 30 min barel kondensat hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti