...

ARDNŞ qaz emalı zavodunun yükünü artırmaq niyyətindədir

Energetika Materials 5 İyul 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan Qaz Emalı Zavoduna (AzQEM) qaz verilməsi üçün yeni kəmər tikintisinin mümkünlüyünü nəzərdən keçirir. Bu barədə cümə axşamı hökumətdən məlumat verilib.

Kəmərin "Neft Daşları" dəniz yatağından birbaşa AzQEM-ə qədər uzadılması nəzərdə tutulur. Mənbənin bildirdiyinə görə, ARDNŞ-in hasil etdiyi qazın artırılması üçün zavoda emala verilən qaz kəmərinin artırılması lazımdır.

"Hazırda mövcud olan kəmər lazım olan həcmdə qazın verilməsi üçün kifayət etmir" - deyə hökumətdən bildiriblər.

AzQEM 1961-ci ildə istismara verilib. Müəssisə ildə 6,5 mlrd. kubmetr qaz və 650 min ton qazkondensatı emal etmək üçün nəzərdə tutulub, real gücü isə 5,4 mlrd. kubmetr qazdır.

AzQEM-in əsas məhsulu quru qaz, benzin qazı, texniki butan və ağır kondensatdır.

Xəbər lenti

Xəbər lenti