...

"Azərenerji" "Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun tikintisi ilə bağlı təkrar tender elan edib

Energetika Materials 6 İyul 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "Azərenerji" ASC "Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun tikintisi ilə bağlı təkrar tender elan edib. Tender təklifləri sentyabrın 12-də açılacaq.

"Azərenerji" nominal gücü 400 MVt olan, 200 kilovatlıq dörd elektrik ötürücü xəttinə və 220/110 kilovatlıq yarımstansiyasına malik olan "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunun layihələnməsi, təminatı, tikinti və quraşdırılması, sınaqdan keçirilməsi, istismara verilməsi üzrə tender elan edib. Layihə "açar təhvili" şəraitində həyata keçirilməlidir. Layihə 27 ay ərzində həyata keçirilməlidir. Yaponiyanın "JBIC" şirkəti gücü 400 MVt olan buxar-qaz blokunun tikintisi məqsədilə 29,28 mlrd. iyena məbləğində güzəştli kredit ayırmağı planlaşdırır.

Bu vəsait faiz gəliri 0,75 olmaqla 40 il müddətinə ayrılır. Bu müddətin 10 ili güzəştli dövrdür. DRES gücü 400 MVt olan buxar-qaz qurğusuna malikdir. Bu qurğunun tikintisini yapon şirkətlərinin ittifaqı olan "Mitsui/Mitsubishi" təmin edib.

Ötən tender tender təkliflərinin uyğunsuzluğu səbəbindən təxirə salınıb. Məsləhətçi şirkətlərə yardımı isə "Qlobus" Azərbaycan şirkəti edir. Tenderdə iki şirkət, birinci qaz-buxar qurğusunun tikintisini həyata keçirən Yaponiyanın "Mitsui" şirkəti və Çinin "CNEEC" şirkəti iştirak ediblər. Üçüncü şirkət olan Koreyanın "Bumjin Korporeyşn" müəssisəsi lazımi sənədləri vaxtında təqdim etməyib.

Xəbər lenti

Xəbər lenti