...

Azərbaycanda neft koksu istehsalı azalıb

Energetika Materials 6 İyul 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar-iyun aylarında Heydər Əliyev adına NEZ (keçmiş "Azərneftyanacaq") 12,34 min ton neft koksu istehsal edib. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Mart ayında koks istehsalı dayandırılmış, apreldə isə yenidən bərpa olunmuşdu.

Heydər Əliyev adına NEZ ARDNŞ-in tərkibinə daxildir.

Ölkədə koks istehsalı yanvar-iyun ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,75 min ton (71,4%) azdır.

2006-cı ildə 67,24 min ton koks istehsal olunub. 2005-ci ildə isə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiya alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti